ABŞ-da seçki məntəqələrində bomba olması ilə bağlı 30-a yaxın zəng daxil olub Dünya

ABŞ-da seçki məntəqələrində bomba olması ilə bağlı 30-a yaxın zəng daxil olub

Bu gün prezident seçkilərinin keçirildiyi ABŞ-da seçki məntəqələrində bomba olması ilə bağlı 30-a yaxın yalan məlumat verilib.

Bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə bomba təhlükəsi ilə bağlı 17-yə yaxın yalan məlumat Corciya ştatında qeydə alınıb. Digər həlledici ştatlar olan Arizona, Miçiqan və Viskonsində də analoji zənglər daxil olub.

Bundan əvvəl Corciya ştatındakı iki məntəqə bomba təhlükəsi ilə bağlı xəbərlərə görə yarım saata yaxın fəaliyyətini dayandırıb.