Tokayevin Parisdə Makrona mühüm Bakı mesajı
6 Noyabr 21:50
6 Noyabr 21:50
6 Noyabr 21:45
6 Noyabr 20:15
6 Noyabr 20:13
Ukraynanın hücum silahları ilə təmin edilməsi məsələsi qanunvericilik məhdudiyyətlərinə görə Koreya Respublikası hökuməti üçün son dərəcə həssas olaraq qalır.
Bu barədə Ukraynanın bu ölkədəki səfiri Dmitri Ponomarenko bildirib.
Səfir qeyd edib ki, Cənubi Koreyada müharibə vəziyyətində olan ölkələrə silah satışını qadağan edən qanun var:
"Bunu nəzərə alaraq, rəsmi Seulla işimizdə bu məsələyə addım-addım yanaşma təklif edirik. Məsələn, ilk növbədə müdafiə tipli sistemlərin əldə edilməsinə diqqət yetirilməsi: hava hücumundan müdafiə sistemləri, radarlar, elektron döyüş sistemləri və s.".
Ukrayna prezidenti Vladimir Zelenski də Ukrayna əsgərlərinin cəbhədə Şimali Koreya əsgərləri ilə qarşı-qarşıya gəldiyini təsdiqləyib.
Zelenski bunu, məsələ ilə bağlı mətbuata açıqlaması zamanı deyib.
“Şimali Koreya əsgərləri ilə ilk toqquşmalar dünyada yeni qeyri-sabitlik səhifəsi açdı”, - deyən Zelenski Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsinə reaksiya verən hər kəsə təşəkkürünü bildirib.
Beynəlxalq ictimaiyyəti Ukraynanı dəstəkləməyə çağıran Zelenski Rusiyanın müharibəni genişləndirmək üçün atdığı bu addımı uğursuzluğa düçar etmək üçün hər şeyi edəcəklərini deyib.
Qeyd edə ki, Ukraynanın müdafiə naziri Rustəm Umerov dünən verdiyi açıqlamada Ukrayna və Şimali Koreya əsgərlərinin cəbhədə üz-üzə gəldiyini təsdiqləmişdi.
Avstraliya Milli Kəşfiyyat Xidmətinin direktoru Endryu Şirer deyib ki, Çinin irihəcmli dəstəyi Rusiyanın Ukraynaya qarşı müharibəsini davam etdirə bilməsində əsas amildir.
“Çinin verdiyi böyük həcmdə ikilitəyinatlı mallar, eləcə də Pekinin iqtisadi yardımı və diplomatik dəstəyi Putin ordusunun Ukraynada qalmasına imkan verir”, - kəşfiyyat şefi bildirib.
Şirer həmçinin İranın Rusiyaya PUA, Şimali Koreyanın raket və digər silahlar verməsi və 10 minə yaxın canlı qüvvə göndərməsinə diqqət çəkib.
“Özəyi Çin və Rusiya olan yeni oxun strateji təsiri lazımi səviyyədə qiymətləndirilmədi. Bu, son dərəcə narahatedici strateji gəlişmədir, hamımız bunun qarşısını almaq üçün çox çalışırıq”, - Avstraliya kəşfiyyatının rəhbəri vurğulayıb.
Qedy edək ki, Şimali Koreyanın 10 minlik ordusunun Rusiya tərəfdən Kurskda döyüşlərə qatılmağa hazırlaşdığı barədə məlumat var. Bu fakt Cənubi Koreyanı Ukraynaya dəstəyi artırmağa sövq edir.