İsrailin Qəzzada bir evə hücumu nəticəsində 9 nəfər həyatını itirib Dünya

İsrailin Qəzzada bir evə hücumu nəticəsində 9 nəfər həyatını itirib

Fələstin Mülki Müdafiə Təşkilatından verilən açıqlamada, Qəzzanın Əl-Dərəc məhəlləsində yaşayan Həməda ailəsinə aid bir evə edilən hava hücumunda əksəriyyəti qadın və uşaq olmaqla ən azı 9 nəfərin öldüyü, çox sayda insanın isə yaralandığı bildirilib.

Xalqcebhesi.az xəbər verir ki, 9 nəfərin cəsədi ilə yaralıların Qəzza zolağındakı Baptist Xəstəxanasına aparıldığı bildirilsə də, İsrail hücumun səbəbi ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, İsrail bu yaxınlarda Qəzzanın qərbindəki Şati Qaçqınlar Düşərgəsində köçkün mülki şəxslərin sığındığı Şuheybar məktəbini vurmuş, aralarında qadın və uşaqların da olduğu ən azı 12 nəfərin həyatını itirdiyi, çox sayda insanın da yaralandığı bildirilmişdi.