İsrail XİN başçısı Amsterdamda yaralanan yəhudi azarkeşlərə görə Niderlanda gedir Dünya

İsrail XİN başçısı Amsterdamda yaralanan yəhudi azarkeşlərə görə Niderlanda gedir

İsrailin xarici işlər naziri Gideon Saar Niderlanda səfər edəcək.

APA-nın “Times of Israel”ə istinadən xəbərinə görə, onun niderlandı həmkarı Kaspar Veldkamp, o cümlədən holland və yəhudi icmalarının nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Müzakirələrdə antisemitizmlə mübarizənin əhəmiyyəti, eləcə də digər zəruri gündəm məsələləri diqqət mərkəzində olacaq.

Qeyd edək ki, ötən gecə Amsterdamda Fələstin tərəfdarlarının yəhudi azarkeşlərə hücumu nəticəsində 10 nəfərdən çox insan yaralanıb. Hadisə “Ayaks” – “Makkabi” futbol klubları arasındakı matçdan sonra baş verib.