Tramp istəsə, Ukraynadakı münaqişə tezliklə bitəcək Dünya

Tramp istəsə, Ukraynadakı münaqişə tezliklə bitəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının müvafiq iradə və niyyət nümayiş etdirməsi şərti ilə Ukraynadakı münaqişənin tezliklə həllinin mümkün olacağına əmin olduğunu bildirib.

"ABŞ başda olmaqla bəzi Qərb ölkələrinin Ukraynada müharibəyə son qoymaq səyləri bu münaqişənin həllini sürətləndirəcək. Biz əvvəldən sülh tərəfini seçmişik, bizi birini götürməyə inandırmaq cəhdlərinə məhəl qoymamışıq. Müharibə tərəfləri ilə əlaqə saxladıq. Biz onu da gördük ki, Qərb bu problemin diplomatiya yolu ilə həll oluna biləcəyinə inamımızı kifayət qədər bölüşmür. Əgər Tramp dövründəki ABŞ administrasiyasının bu məsələyə nizamlanma mövqeyindən yanaşdığını görsək, o zaman bu müharibəyə asanlıqla son qoya bilərik”, - Ərdoğan Qırğızıstan və Macarıstana səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

Cavid