Ukraynadan AB-yə gedən qaçqınların sayı açıqlandı Dünya

Ukraynadan AB-yə gedən qaçqınların sayı açıqlandı

Hazırda Avropa Birliyi ölkələrində 4,2 milyon ukraynalı qaçqın var və onlar Avropa Komissiyasının 2022-ci ilin martında qəbul etdiyi qərarla onlara verilən müvəqqəti müdafiə hüququndan istifadə edirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə AB-nin “Avrostat” statistika agentliyi məlumat yayıb.

Ən çox ukraynalı qaçqın Almaniyada yaşayır - 1,3 milyon nəfər, Polşa ikinci yerdə (0,98 milyon), Çexiya isə üçüncü yerdədir (0,38 milyon).

Müvəqqəti müdafiə hüququndan yalnız 24 fevral 2022-ci il tarixindən sonra Avropaya gələn və ittifaqın ərazisində daimi yaşamayan Ukrayna vətəndaşları yararlana bilər. Beləliklə, bu status (2026-cı ilin mart ayına qədər etibarlıdır) qüvvədə olduğu müddətdə qaçqınlar iş, sağlamlıq, təhsil və sosial müavinət əldə edə bilərlər.