Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
26 Dekabr 23:30
26 Dekabr 23:30
26 Dekabr 22:37
26 Dekabr 22:20
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva parlamentinin üzvü Ziqimantas Pavilionisin rəhbərlik etdiyi bir neçə ölkənin parlamentarilərinin Tbilisidə görüşməkdən imtina edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Papuaşvili bu barədə parlamentatilərə açıq məktubunda bildirib. O, nümayəndə heyətinin bəzi üzvlərinin digər xarici siyasətçilərlə birlikdə qəsdən və davamlı olaraq Gürcüstan qanunvericiliyini pozduğunu, hakim partiyaya qarşı kampaniyalar apardığını, müxalifəti dəstəklədiyini, vətəndaşların iradəsinə qanunsuz yollarla təsir etməyə səy göstərdiklərini qeyd edib.
“Gürcüstan Konstitusiyası və seçki qanunvericiliyi seçkilərə xarici müdaxiləni qadağan edir, bu prinsipə açıq şəkildə hörmətsizlik edilib. Seçkilərlə bağlı proseslərdə, xüsusən də hökumət əleyhinə nümayişlərdə birbaşa iştirak etməklə bu siyasətçilər BMT Nizamnaməsində təsbit olunmuş beynəlxalq hüququn fundamental norması olan müdaxilə etməmək prinsipini dərindən pozublar”, - Papuaşvili qeyd edib.
Spiker əlavə edib ki, nümayəndə heyətinin bəzi üzvlərinin son iki il yarım ərzində Gürcüstana və onun hökumətinə qarşı nümayiş etdirdiyi qeyri-dostcasına münasibət ölkədə sülhün gücləndirilməsi və demokratik stabillik əldə edilmsinə mane olub.
“Avropanı sülh layihəsi kimi göstərmək, eyni zamanda onun adı ilə ölkələrin daxilinə xaos səpmək mümkün deyil”, - Papuaşvili qeyd edib.
Parlament sədri bütün bunların nəzərə alaraq, nümayəndə heyəti ilə görüşməyin mümkün olmadığını vurğulayıb.