Rus PUA-ları Moldovaya düşdü, səfir XİN-ə çağırıldı Dünya

Rus PUA-ları Moldovaya düşdü, səfir XİN-ə çağırıldı

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.

Məlumata görə, Rusiya səfiri rus PUA-larının Moldova ərazisinə düşməsi səbəbindən XİN-ə çağırılıb.

Səfirin XİN-ə çağırılması ilə bağlı əlavə məlumat verilməyib.