Türkiyə COP31-ə ev sahibliyi etmək istəyir Dünya

Türkiyə COP31-ə ev sahibliyi etmək istəyir

2026-cı ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransına (COP31) ev sahibliyi etmək üçün namizədliyimizi açıqladıq.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitində bildirib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin namizədliyini dəstəkləyən ölkələrə təşəkkür edib: “Mövqelərini müəyyənləşdirməyə davam edən ölkələrin də dəstəyini də gözləyirik. Bir daha tədbir iştirakçılarını salamlayıram və əziz qardaşım İlham Əliyevi bu önəmli sammit üçün ürəkdən təbrik edirəm”.