

18 Aprel 19:52
Almaniyanın “Lufthansa” aviaşirkətinin Argentinanın paytaxtı Buenos-Ayresdən Frankfurta uçan “Boinq 747-8” təyyarəsi Atlantik okeanı üzərində turbulent zonaya düşüb.
Xalqcebhesi.az xəbər verir ki, hadisə nəticəsində 11 nəfər yaralanıb.
Xəsarət alanlardan 6-sı heyət üzvü, 5-i sərnişindir.
Təyyarə endikdən sonra yaralılar xəstəxanaya göndərilib.
“Lufthansa” səlahiyyətliləri heç bir uçuş təhlükəsizliyi probleminin olmadığını bildiriblər.