Hələbə kamikadze PUA hücumu Dünya

Hələbə kamikadze PUA hücumu

Hələbin Keferhalep kəndində yerləşmiş Suriya ordusu ilə İranın dəstəklədiyi xarici terrorçu qruplardan ibarət rejim qüvvələri Hələbin qərbindəki Ebzimo kəndinə kamikadze pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “sondakika.com” saytı xəbər paylaşıb.

Xəbərdə qeyd olunur ki, hücum nəticəsində 5-i uşaq olmaqla 6 mülki şəxs yaralanıb. Yaralılar Suriya Amerikan Tibb Cəmiyyətinin (SAMS) bölgədəki xəstəxanasına aparılıb.