Tramp TV aparıcısını müdafiə naziri vəzifəsinə təklif etdi Dünya

Tramp TV aparıcısını müdafiə naziri vəzifəsinə təklif etdi

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp “Foks Nyus” (Fox News) telekanalının aparıcısı, ABŞ ordusunun veteranı Pit Heqsetin müdafiə naziri təyin edilməsini təklif edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Trampın keçid komandasının mətbuat mərkəzi məlumat yayıb.

“O, sərt, ağıllıdır və həqiqətən Amerikaya inanır”, - Tramp bildirib.

O, Heqsetin rəhbərliyi altında Amerika ordusunun yenidən böyük və güclü olacağına inandığını bildirib.

Qeyd edək ki, namizədlər arasında nüfuzlu konqresmen Mayk Rocers və istefada olan general-leytenant Keyt Kelloq da var.

Pit Heqsetin 44 yaşı var. Amerika Milli Qvardiyasının veteranıdır, İraq, Quantanamo və Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edib. O, 2014-cü ildən ”Foks Nyus”da və 2016-cı ildə Trampı açıq şəkildə dəstəkləyib.