NATO zəmanət verməsə, MİQ-ləri Ukraynaya verməyəcəyik Dünya

NATO zəmanət verməsə, MİQ-ləri Ukraynaya verməyəcəyik

NATO-dan Polşanın hava məkanının qorunması üçün zəmanət almadan Ukraynaya MİQ-29 təyyarələrini verməyəcəyik.

Xalqcebhesi.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda bildirib.

Duda bildirib ki, ölkənin təhlükəsizliyini təmin etmək üçün NATO-nun zəmanətinə ehtiyacı var.