Rusiya və Ukraynaya səfər edə bilər - Özer Dünya

Rusiya və Ukraynaya səfər edə bilər - Özer

ABŞ-ın yeni prezidenti Donald Tramp silahlı münaqişə zonasında atəşkəsi müzakirə etmək üçün yaxın vaxtlarda Rusiya və Ukraynaya səfər edə bilər.

Bunu türkiyəli analitik Engin Özer deyib. Amma o, qeyd edib ki, Amerika liderinin planı sülh razılaşması demək deyil.

"Tramp atəşkəsin texniki təfərrüatlarını müzakirə etmək üçün yaxın gələcəkdə Kiyev və Moskvaya səfər edə bilər”, - deyə Özer RİA Novosti-yə müsahibəsində bildirib.

Eyni zamanda qeyd edib ki, sənədlərin imzalanması formasında mərasimlər olmayacaq. Analitik Trampın qondarma sülh planını şərh edib: onun təklifi qeyri-müəyyən atəşkəs elan etmək və hazırkı cəbhə xəttini “fiziki sərhəd”ə çevirməkdir.

Cavid