Braziliyada Ali Məhkəmənin qarşısında partlayış Dünya

Braziliyada Ali Məhkəmənin qarşısında partlayış

Braziliya Federal Ali Məhkəməsi (STF) yaxınlığında 2 dəfə partlayış səsinin eşidildiyi və 1 nəfərin öldüyü bildirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin “sondakika.com” xəbər paylaşıb.
Xəbərdə qeyd olunur ki, Federal Dairənin Mülki Polisi hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın mətbuat katibi Joze Krispiniano prezidentin sarayda olmadığını açıqlayıb.