İstanbulda terror əməliyyatı Dünya

İstanbulda terror əməliyyatı

İstanbulda DEAŞ, HTŞ, FEC və ENC silahlı terror təşkilatlarına qarşı əməliyyat keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda Türkiyənin “sondakika.com” saytı xəbər yayıb.

Xəbərdə bildirilir ki, İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları DEAŞ, HTC, FEC və ENC kimi silahlı terror təşkilatlarına bağlı olduqları və keçmişdə qarşıdurma bölgələrində olduğu təsbit edilən şəxslərin tutulması üçün əməliyyata başlayıb. Aparılan araşdırmalarda Türkiyəyə qarşı hərəkət etmə ehtimalı olan şübhəlilərin ünvanlarında əməliyyat keçirilib. Əməliyyat zamanı 10 şübhəli yaxalanıb. Bundan başqa, eyni evdə yaşayan və müxtəlif cinayətlər törətdikləri üçün axtarışda olduğu müəyyən edilən 7 nəfər şübhəli tutularaq polis bölməsinə aparılıb.