Putin Ukrayna ilə bağlı prosesə şəxsən nəzarət edir - Peskov Dünya

Putin Ukrayna ilə bağlı prosesə şəxsən nəzarət edir - Peskov

Rusiya Prezident Administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi yoxdur.

Xalqcebhesi.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Vladimir Putin məsələ ilə şəxsən məşğuldur:

“Bu sahəyə təbii ki, şəxsən Putin nəzarət edir. Xüsusi hərbi əməliyyat gedir, o, ali baş komandandır”.