“Onların bəhanələri hər zaman olur” Dünya

“Onların bəhanələri hər zaman olur”

“İranın vitse-prezidenti Şina Ənsari COP29-a qatılıb. Amma Prezident səviyyəsində qatılma olmadı”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.
O əlavə edib ki, əsaslandırmaları da bu oldu ki, İsrail Prezidenti orada olacaqsa, biz ora Prezident səviyyəsində qatılmayacağıq: “Düzdür, onların müxtəlif bəhanələri hər zaman olur. Amma əvvəldən gələcəyi ilə bağlı məlumat var idi. Bir çox ölkələr Prezident səviyyəsində qatıldı. Hətta İranın xoşlamadığı İsrail belə Prezident səviyyəsində qatılırsa, amma İran qatılmırsa, o zaman İranın belə etməsi haradasa başqa niyyətdən xəbər verir. Ola bilər ki, İran Prezidentinə Ali Dini Şura tərəfindən icazə verilməyib. Düzdür, vitse-prezident səviyyəsində qatılma oldu. Amma bu qatılma Prezident səviyyəsində olsaydı daha yaxşı olardı”.
Siyasi şərhçi qeyd edib ki, COP29-a qatılan vitse-prezident Şina Ənsari əsas iclaslarda da iştirak edib.

Röya İsrafilova