“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
15 Noyabr 2024 19:03
2 527
Almaniya Nazirlər Kabineti Kansler Olaf Şoltsla Rusiya Prezidenti Vladimir Putin arasında bu gün baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, Şolts Rusiyanı ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün Ukrayna ilə danışıqlara çağırıb.
Şolts Putinə deyib ki, Ukraynadakı münaqişəyə son qoyulmalıdır.
Almaniya Kansleri ölkəsinin lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb.
***
18:16
Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə DPA agentliyi və Süddeutsche Zeitung qəzeti məlumat yayıb.
Bildirilib ki, Şolts iki ildən sonra ilk dəfə Putinlə telefon danışığı aparıb.
DPA-nın məlumatına görə, günorta saatlarında baş tutan söhbət təxminən, bir saat davam edib.
Telefon danışğının digər təfərrüatları hələlik məlum deyil.
***
17:31
Almaniya Kansleri Olaf Şolts noyabrın 15-də Rusiya Prezidenti Vladimir Putinə zəng etməyi planlaşdırır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Bloomberg“ məlumat yayıb.
Qeyd edək ki, Putinlə Şolts arasında sonuncu dəfə telefon danışığı 2022-ci ilin dekabrında olub. Rusiya və Almaniya liderlərinin sonuncu təkbətək görüşü isə 2022-ci il fevralın 15-də Kremldə baş tutub.
12 Dekabr 23:14
2 233
12 Dekabr 22:22
2 107
12 Dekabr 21:15
2 373