Mask İran nümayəndəsi ilə görüşüb? – Tehrandan reaksiya Dünya

Mask İran nümayəndəsi ilə görüşüb? – Tehrandan reaksiya

İranın BMT-dəki səfiri Əmir Səid İrvani İlon Maskla görüşməyib.

Xalqcebhesi.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Amerika mediasında İlon Maskla BMT-dəki nümayəndəmizin Nyu-Yorkda görüşü ilə bağlı xəbərlər tamamilə yalandır. ABŞ mətbuatının belə bir mövzunu işıqlandırması məni təəccübləndirib”, - deyə Bəqai vurğulayıb.

Qeyd edək ki, ötən gün “Nyu York Tayms” qəzeti amerikalı milyarderlə Əmir Səid İrəvaninin görüşdüyü barədə xəbər dərc edib.