İsrail rusiyayönümlü partiyanın ofisini vurdu Dünya

İsrail rusiyayönümlü partiyanın ofisini vurdu

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun mərkəzindəki Ras ən-Nəbəə bölgəsində yerləşən rusiyayönümlü Ərəb Sosialist Dirçəlişi Partiyasının qərargahını vurub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Partiyanın ofisi vurulan binanın 6-cı mərtəbəsində yerləşir. Ölü və yaralılar var”, - məlumatda qeyd olunub.

Məlumata görə, partiyanın baş katibi Əli əl-Hicazi həmin vaxt ofisdə olmayıb.

Qeyd edək ki, bu gün İsrail aviasiyasının Beyrutun Ras ən-Nəbəə rayonuna endirdiyi zərbələr nəticəsində Hizbullahın informasiya xidmətinin rəhbəri Məhəmməd Afif ölüb.