İshaq Hersoq Bakıya səfərini ləğv etdi, amma… – Təcili
16 Noyabr 22:15
16 Noyabr 22:15
16 Noyabr 20:40
16 Noyabr 17:54
ABŞ mətbuatı Serbiya Prezidenti Aleksandar Vuçiçi Qərbi Balkan regionunun lideri adlandırır.
Xalqcebhesi.az Azərtac-a istinadən xəbər verir ki, Blumberq agentliyi tərəfindən dərc edilən məqalədə Aleksandar Vuçiçin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla ilk telefon danışığı aparan dövlət başçılarından biri olduğu bildirilir. Yazıda xüsusi olaraq amerikalı milyarder İlon Maskın Donald Trampın dünyanın müxtəlif ölkələrinin liderləri ilə telefon danışıqlarında iştirak etməsindən, onun Aleksandar Vuçiçin ABŞ-ın yeni seçilmiş prezidenti ilə apardığı telefon danışığına qoşulduğundan bəhs olunur. Diqqətə çatdırılır ki, telefon danışığının əhəmiyyətini “Nyusmaks” televiziyasının sahibi Kirs Rudinin də söhbətə qoşulması sübut edir.
“Balkan regionunun lideri noyabrın 5-dəki seçkilərdə qələbə qazandıqdan sonra Donald Trampla telefon danışığı aparan ilk 10 və ya 15 dövlət başçısı arasındadır və bu, böyük şərəfdir”, – deyə "Blumberq" yazır.
Məqalədə vurğulanır ki, Aleksandar Vuçiç Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində jurnalistlərə açıqlamasında deyib: “Prezident Donald Tramp Serbiyanı çox yaxşı tanıyır və onunla birlikdə telefon danışığında iştirak edən İlon Mask, həmçinin Kris Rudi bunu xüsusilə yaxşı bilir”.