İshaq Hersoq Bakıya səfərini ləğv etdi, amma… – Təcili
16 Noyabr 22:15
16 Noyabr 22:15
16 Noyabr 20:40
16 Noyabr 17:54
“Hizbullah” İsrailin Beyrutun mərkəzindəki Ras-ən-Nabaa bölgəsinə hücumu zamanı informasiya xidmətinin rəhbəri Məhəmməd Afifin öldüyünü təsdiqləyib.
Bu haqda “Hizbullah”ın rəsmi “Telegram” kanalında yayımlanan bəyanatındada məlumat verilib.
“Məhəmməd Afif öz iradəsi ilə döyüş yoldaşları və ata deməyi sevdiyi böyük şəhid Həsən Nəsrullaha qoşuldu.”, - deyə bəyanatda bildirilir.
Bundan əvvəl “Əl-Cədid” telekanalı Livan təhlükəsizlik xidmətindəki mənbələrə istinadən Afifin ölümü haqda məlumat yaymışdır.
Afif 2014-cü ildən təşkilatın informasiya xidmətinə rəhbərlik edib. O, “Hizbullah”ın yayım şəbəkəsi olan “Əl Manar” telekanalı, “Nur” radiostansiyası və “Əl-Əhed News” xəbər portalının işinə nəzarət edirdi.