İshaq Hersoq Bakıya səfərini ləğv etdi, amma… – Təcili
16 Noyabr 22:15
16 Noyabr 22:15
16 Noyabr 20:40
16 Noyabr 17:54
ABŞ-ın ATACMS raketlərinin Rusiya ərazisinin dərinliklərindəki hədəflərə hücumlarını təsdiqləməsi avtomatik olaraq Britaniyanın “Storm Shadow” raketlərindən istifadəyə icazə verilməsi demək deyil.
Bu barədə Böyük Britaniya hökumətindəki mənbələrə istinadən “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə bu raketlərin texniki xüsusiyyətləri fərqlidir və buna görə də hər iki vəziyyət ayrıca nəzərdən keçirilir.
Nəşr qeyd edir ki, Britaniya hakimiyyəti Vaşinqtonun Rusiya ərazisinin dərinliklərində “Storm Shadow”dan istifadəyə yaşıl işıq yandırsın deyə ABŞ-a təzyiq göstərməyə çalışır.
Qəzet həmçinin vurğulayıb ki, bunlar Britaniya raketləri olsa da, onların istifadəsi ABŞ texnologiyasına əsaslanır və bunun üçün ABŞ-dan icazə tələb olunur.