Marsdan gətirilən cismdə su izləri tapılıb Dünya

Marsdan gətirilən cismdə su izləri tapılıb

Alimlər Marsdan qoparaq Yerə çatan meteoritdə su tarixi ilə bağlı yeni məlumatlar aşkarlayıblar.

"TRT Haber" xəbər verir ki, “Lafayette meteoriti” adlanan və Purdue Universitetində saxlanılan bu göy cismi Marsda 742 milyon il əvvəl suyun mövcudluğu haqqında ipucu verir.

“Lafayette meteoriti”, təxminən, 11 milyon il əvvəl Marsa asteroidin dəyməsi nəticəsində kosmosa səpələnmiş parçalardan biridir. 1931-ci ildə ABŞ-ın Purdue Universitetində çəkməcədə aşkar edilən bu meteoritin buraya necə gəldiyi dəqiq bilinməsə də, üzərində aparılan araşdırmalar dəyərli nəticələr ortaya qoyur.