Ərdoğanın G20 sammitindəki çıxışlarının mövzusu Qəzza və Ukrayna olacaq Dünya

Ərdoğanın G20 sammitindəki çıxışlarının mövzusu Qəzza və Ukrayna olacaq

Ukrayna və Fələstin-İsrail münaqişələrinin həlli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Braziliyada keçirilən “İyirmilik” (G20) sammitində çıxışlarının əsas mövzusu olacaq.

Bu barədə TASS-a Türkiyənin diplomatik dairələrindəki mənbə məlumat verib.

"Prezident Ərdoğan bundan əvvəl də dəfələrlə Qəzza və Ukraynada nizamlanma təklifləri ilə çıxış edib. Gözlənilir ki, o, yenidən Ankaranın bu problemlərlə bağlı təşəbbüslərini, eləcə də beynəlxalq böhranları həll etməkdə acizliyini nümayiş etdirən BMT-də islahatların aparılması zərurətini səsləndirəcək”, - mənbə bildirib.

Bloomberg daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Ərdoğan G20 sammitində Ukraynada hazırkı cəbhə xətti boyunca münaqişənin dondurulmasını, Donbassın şərqində hərbisizləşdirilmiş zonanın yaradılmasını və orada beynəlxalq qüvvələrin yerləşdirilməsini təklif edəcək. İddialara görə, Ərdoğan həmçinin Vladimir Zelenskiyə Ukraynanın NATO-ya daxil olması ilə bağlı müzakirəni ən azı 10 il təxirə salmağı təklif edəcək.

Cavid