Peskov: Putin və Ərdoğan Ukraynada atəşkəsi müzakirə etməyib Dünya

Peskov: Putin və Ərdoğan Ukraynada atəşkəsi müzakirə etməyib

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadakı münaqişənin hazırkı cəbhə xəttində dondurulması təşəbbüsünü müzakirə etməyiblər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "Bloomberg" agentliyinin Ərdoğanın Rio-de-Janeyroda keçiriləcək G20 sammitində atəşkəs təşəbbüsü irəli sürəcəyi ilə bağlı məlumata münasibət bildirərkən deyib.

“Xeyr, bu müzakirə olunmayıb. Biz də hələlik yayılan məlumatları görmüşük. Bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur, onların nədən danışa biləcəyini bilmirik”, - Kreml nümayəndəsi qeyd edib.