“Fransa müstəmləkəçi dövlətdir”-politoloq Dünya

“Fransa müstəmləkəçi dövlətdir”-politoloq

“Qərbin, xüsusən böyük dövlətlərin ənənəvi siyasəti özlərinin törətdiyi əməlləri başqasının adına yazmaq və onu qınaq obyektinə çevirməkdən ibarətdir. Bununla da müxtəlif dövlətlərin daxili işlərinə müdaxilə edirlər”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Vaqif Hüseyn deyib.
Politoloq vurğulayıb ki, Fransa müstəmləkəçi dövlətdir, həmçinin qondarma erməni soyqırımı məsələsini ən çox təbliğ edən, dünya gündəminə daşıyan Fransadır: “Fransa eləcə də Türkiyənin Avropa İtitfaqına girişini əngəlləyən əsas dövlət sayılır. Amma Fransanın özünün müstəmləkəçilik siyasəti ilə bağlı tarixi o qədər də parlaq deyil, acı həqiqətlərlə doludur”.

Röya İsrafilova