Danimarka Ukraynaya 6 ədəd F-16 verdi Dünya

Danimarka Ukraynaya 6 ədəd F-16 verdi

Danimarka Ukraynaya altı ədəd F-16 qırıcısı təhvil verib və daha 13 təyyarə tədarük etməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

“F-16 ilə bağlı planlarımız dəyişməyib”, - deyə o, Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

Danimarkanın baş naziri Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.