ABŞ Kiyev səfirliyini bağlayıb Dünya

ABŞ Kiyev səfirliyini bağlayıb

ABŞ-nin Kiyevdəki səfirliyindən verilən yazılı açıqlamada Rusiyanın noyabrın 20-də böyük bir hava hücumu təşkil edə biləcəyi ilə bağlı xüsusi məlumat alındığı bildirilib.

Xalqcebhesi.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən xəbər verir ki, açıqlamada, "Hazırlıqlı olmaq məqsədilə səfirlik bu gün bağlı olacaq. Səfirlik əməkdaşlarına yerlərində qalmaları barədə göstəriş verilib. ABŞ səfirliyi ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınacaqlara getməyə hazır olmalarını tövsiyə edir" deyə bildirilib.

Qeyd edək ki, ABŞ səfirliyinin hücum xəbərdarlığı Ukraynanın müharibənin mininci günündə ilk dəfə ABŞ istehsalı olan uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisinə hücumundan bir gün sonraya təsadüf edib.