HƏMAS: ABŞ-nin vetosu Qəzzaya dair beynəlxalq səyləri puç edir Dünya

HƏMAS: ABŞ-nin vetosu Qəzzaya dair beynəlxalq səyləri puç edir

Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında atəşkəsə çağıran qətnaməyə səsvermə zamanı veto qoyması beynəlxalq ictimaiyyətin anklavda atəşkəsin yaradılmasına yönəlmiş səylərini puç edir.

Bu barədə HƏMAS hərəkatı “Telegram” kanalında məlumat yayıb.

“Amerika hakimiyyətinin vetodan istifadə etmək qərarı bir daha sübut edir ki, Birləşmiş Ştatlar İsrailin Fələstin xalqına qarşı təcavüzünün birbaşa tərəfdaşıdır. Vaşinqton həm bölgədə davam edən müharibəyə, həm də işğala görə birbaşa məsuliyyət daşıyır”, - məlumatda deyilir.