Husilər türk şirkətinə məxsus gəmiyə hücum edib Dünya

Husilər türk şirkətinə məxsus gəmiyə hücum edib

Yəmən sahillərində türk şirkətinə məxsus Panama bayraqlı “Anadolu S” adlı quru yük gəmisi husilər tərəfindən raket hücumuna məruz qalıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Məlumatda rəsmi Ankaranın bu hücumu pislədiyi, oxşar hadisənin bir daha təkrarlanmaması üçün lazımi addımların atılacağı qeyd olunub.