"Rusiya hələlik bleflə məşğuldur" Dünya

"Rusiya hələlik bleflə məşğuldur"

Rusiyanın Ukrayna ərazisinə atdığı deyilən "Rubej" adlanan qitələrarası balistik raketin əslində vaxtı keçmiş hansısa bir raket olduğu böyük ehtimaldır.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Qərbin raketlərin uçuşuna nəzarət edən heç bir stansiyası ballistik raket buraxılması qeydə almayıb. Əslində raketin düşmə videosundan da görünür ki, düşmə yerində heç bir ciddi partlayış olmur, sadəcə
yerə sanki raketin parçaları tökülür:

"Rusiyada vaxtı keçmiş raket çoxdur. Məsələn, bu fakta indiyə kimi heç kim diqqət yetirməyib, amma tez-tez eşidirik ki, Rusiya Ukrayna ərazisini S300 raketləri ilə vurub. S300-lərin təyinatını hamı bilir. Bunlar yer-hava tipli raketlər olub, hava hücumundan müdafiə üçündür.

Azərbaycanda S300-ün "Favorit" müasir hesab olunan versiyası var. Rusiya da bu raketləri sadəcə həm raket çatışmazlığından, həm də çoxluğu səbəbilə vaxtı keçməsindən dolayı hücum raketi kimi istifadə edir. Yəni hara gəldi havaya buraxır, o da bir yerə düşüb partlayır. Ona görə də çox vaxt yaşayış massivlərinə düşür. Bu raketi yerdəki hədəfə dəqiq yönləndirmək olmur.
Görünən odur ki, Rusiya hələlik bleflə məşğuldur".

Cavid