Almaniya Gürcüstanı pərişan edəcək Dünya

Almaniya Gürcüstanı pərişan edəcək

"Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanması üçün Almaniya parlamentinin razılığı lazımdır, mövcud vəziyyətdə Gürcüstan üçün bunun baş vermə ehtimalı yoxdur".

Bu barədə Almaniyanın Gürcüstandaki fövqaladə və səlahiyyərli səfiri Peter Fişer "X" platformasında yazıb.

"Bundestaqın Avropa İttifaqı məsələləri üzrə komitəsinin sədri, deputat Anton Hofrayter 24 saatlıq səfər çərçivəsində Tbilisidə olub. Nəticə: Almaniya Konstitusiyasının 23-cü maddəsi və xüsusi qanun parlamentin razılığını tələb edir. Mövcud vəziyyətdə Gürcüstan üçün bunun baş vermə ehtimalı yoxdur", - deyə Peter Fişer bildirib.

Cavid