Peskov: Beynəlxalq Cinayət Məhkəməsi Rusiya üçün əhəmiyyətsiz qurumdur Dünya

Peskov: Beynəlxalq Cinayət Məhkəməsi Rusiya üçün əhəmiyyətsiz qurumdur

"Beynəlxalq Cinayət Məhkəməsi Rusiya üçün əhəmiyyətsiz qurumdur".

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa tribunalı) İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Qalantın həbsinə orderlərin verməsinə münasibət bildirərkən deyib.

O, Haaqa tribunalının məlum qərarına şərh verməyib, çünki bu qurumun Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu söyləyib.

Kremlin sözçüsünün sözlərinə görə, BCM-nin fəaliyyəti çətin ki, nəyəsə, o cümlədən Yaxın Şərq nizamlanmasına kömək etsin.