Türkiyə gəmisi Somali sahillərində kəşfiyyata başladı Dünya

Türkiyə gəmisi Somali sahillərində kəşfiyyata başladı

Türkiyənin "Oruc Rəis" seysmik tədqiqat gəmisi Somali sahillərində neft və qaz kəşfiyyatına başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyip Ərdoğan məlumat verib.

Ərdoğan qeyd edib ki, kəşfiyyatın aparılacağı ümumi sahə təxminən 5 min kvadratkilometrdir.

Qeyd edək ki, Türkiyə və Somali bu ilin mart ayında neft və qaz ehtiyatlarının öyrənilməsi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb.