Tramp NATO baş katibi ilə görüşdü Dünya

Tramp NATO baş katibi ilə görüşdü

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla NATO Baş katibi Mark Rutte arasında görüş baş tutub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, onlar Alyansın qarşısında duran bir sıra qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Baş katib, eyni zamanda, konqresmen Mayk Uolts və prezidentin milli təhlükəsizlik komandasının üzvləri ilə də görüşüb.

Xatırladaq ki, D.Trampın qərarı ilə Mayk Uolts prezidentin milli təhlükəsizlik üzrə müşaviri təyin edilib.