Gürcüstan parlamentinə giriş məhdudlaşdırılır Dünya

Gürcüstan parlamentinə giriş məhdudlaşdırılır

Noyabrın 25-də 11-ci çağırış parlamentinin ilk iclası zamanı ziyarətçilərin binaya girişi məhdudlaşdırılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin rəhbərliyi qərar qəbul edib.

“Noyabrın 25-də Gürcüstan parlamentinin binası sarı təhlükəsizlik səviyyəsində olacaq ki, bu da ziyarətçilər üçün məhdudiyyətləri nəzərdə tutur. Binada akkreditə olunmuş hər telekanaldan cəmi iki çəkiliş qrupu çalışacaq”, - məlıumatda qeyd olunub.

Qeyd edək ki, parlament seçkilərinin nəticələrinə qarşı çıxan müxalifət dünən keçirilən mitinqdə ölkə sakinlərini sabah Tiflisdə toplaşmağa və deputatların noyabrın 25-də ilk iclasını keçirməsinin qarşısını almaq üçün parlamentə doğru yürüş təşkil etməyə çağırmışdılar.