Türkiyə Odessanı işğaldan belə xilas edib – Səfir açıqladı Dünya

Türkiyə Odessanı işğaldan belə xilas edib – Səfir açıqladı

Ukraynanın müdafiəsində əsas mərhələlərdən biri Türkiyə tərəfindən Bosfor və Dardanel boğazlarının bağlanması oldu.

Xalqcebhesi.az xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

“Biz bir “Moskva” kreyserini batırdıq, daha iki rus kreyseri isə Aralıq dənizində gözləyirdi. Türkiyənin boğazları bağlaması isə, məncə, Rusiyanın dənizdəki üstünlüyündən istifadə edərək Odessa, Nikolayev və Moskvanın planlarına görə dənizdən əməliyyatlar nəticəsində işğal edilməli olan digər əraziləri ələ keçirməyə imkan vermədi”, - səfir bildirib.