Quranı yandıran rusiyalıya ağır cəza verildi Dünya

Quranı yandıran rusiyalıya ağır cəza verildi

Rusiyanın Volqoqrad şəhərində Qurani Kərimi yandıran 20 yaşlı Nikita Juravelin cəzası bəlli olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Volqoqrad vilayəti məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Məhkəmə Quranı yandırmaqda təqsirli bilinən Nikita Juraveli dövlətə xəyanət işi üzrə ciddi rejimli koloniyada 14 il müddətinə azadlıqdan məhrum edib.

Juravelin vəkili bildirib ki, o, hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.

Qeyd edək ki, oktyabr ayında Volqoqrad vilayətinin prokurorluğu 20 yaşlı Juravelin dövlətə xəyanətdə ittiham olunduğunu bildirmişdi. İstintaqın məlumatına görə, o, messencer vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsinə əməkdaşlıq təklif edib. O, günahını tamamilə etiraf edib.