Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır - Ryabkov Dünya

Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır - Ryabkov

Orta və yaxın mənzilli raketlərin yerləşdirilməsi məsələsi ABŞ-ın qərarlarından asılıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Bəli, əvvəlki kimi baş verənlərə görə tam məsuliyyət onların üzərinə düşür və hər hansı eskalasiya ssenariləri reallaşmağa başlayarsa, Vaşinqton və aparıcı Avropa dövlətləri tərəfindən həyata keçirilən ehtiyatsızlığın və qeyri-insani siyasətin birbaşa nəticəsi olacaq", - Ryabkov qeyd edib.