İtaliya hərbçilərini Ukraynaya göndərməyəcək Dünya

İtaliya hərbçilərini Ukraynaya göndərməyəcək

İtaliya heç bir hərbçisini döyüşmək üçün Ukraynaya göndərməyəcək.

APA “Ansa”ya istinadən xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tacani G7 xarici işlər nazirlərinin görüşü çərçivəsində jurnalistlərə bildirib.

“Biz Kiyevə siyasi, maliyyə və hərbi baxımdan yardım edirik, amma Ukraynada döyüşmək üçün hərbçi göndərməyəcəyik.

Biz gərginliyin artmasının qarşısını almalıyıq. Rusiya ciddi məsuliyyətlər daşıyır, çünki o, Şimali Koreya hərbçilərini döyüşə cəlb edir”, - XİN rəhbəri qeyd edib.