Umerov silah almaq üçün Seula gedir Dünya

Umerov silah almaq üçün Seula gedir

Ukraynanın müdafiə naziri Rustem Umerov silah tədarükü xahişi ilə Cənubi Koreyaya getmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, məlumatı “South China Morninq Post” mənbəyə istinadən yazıb.

Bildirilib ki, Ukrayna Seuldan zenit raketləri və artilleriya qurğuları almaq istəyir.

Yerli ekspertlər hesab edirlər ki, müdafiə nazirinin məqsədinə çatacağı ümidverici görünmür. Ola bilsin ki, Cənubi Koreya Rusiyanın Şimali Koreya ilə hərbi əməkdaşlığını və Trampın hərəkətlərini müşahidə edərək gözləmə mövqeyi nümayiş etdirəcək.