

18 Aprel 19:52
ABŞ-ın Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə etməsinə artıq etirazı yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib.
"Amerika tərəfi ilə son görüşlərimizdə S-400 kontekstində bizdən istədiklərini rədd etdik. İndi amerikalıların buna etirazı yoxdur. S-400-dən istifadə edə biləcəyimiz sahələri müəyyənləşdirmişik”, - deyə nazir bildirib.