Qərb Cənubi Qafqazla bağlı planlarını Ermənistan üzərindən həyata keçirmək niyyətindədir Dünya

Qərb Cənubi Qafqazla bağlı planlarını Ermənistan üzərindən həyata keçirmək niyyətindədir

Gürcüstanda keçirilən seçkilərdə Qərbin Rusiyaya uduzması təbii ki, Qərbin Cənubi Qafqazla bağlı aqressiv siyasətini daha da gücləndirəcəyi şübhəsiz idi. Qərb Rusiya qarşıdurmasının Cənubi Qafqaz meydanı Ukrayna cəbhəsindən fərqli olaraq hələki siyasi-diplomatik müstəvidə davam etsə də, onun açıq hərbi gərginliyə keçəcəyi ehtimalı da var.

Bunu “Xalq Cəbhəsi”nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, heç şübhəsiz ki, Qərb Cənubi Qafqazla bağlı planlarını Ermənistan üzərindən həyata keçirmək niyyətindədir. Polşa XİN başçısı Andrey Dudanın Bakıdan sonra İrəvan səfəri heç də iki tərəfli xarakter daşımır sözsüz ki, Avropa İttifaqının, Kollektiv Qərbin nümayəndəsi qismində regiona, Ermənistana səfər edib. Aİ-nın Ermənistanda missiyası ilin sonunda başa çatmalıdır. Andrey Dudanın Polşanın da Ermənistandakı Aİ-nın missiyasına qoşulma ehtimalını müzakirə etməsi əlbəttəki Aİ-nın Ermənistandakı missiyasının uzadılacağını göstərir hərçənd ki, Polşa missiya qoşulmasaydı da Aİ Ermənistanda mülki missiya adı ilə öz hərbi mövcudluğuna son verən deyildi əksinə, Cənubi Qafqazda daha da əsaslı şəkildə oturuşmaq hədəfləyir: “Ermənistan rəsmilərinin son açıqlamaları isə göstərir ki, regionda yeni müharibə ehtimalı artır. Fransa, Yunanıstan, Hindistan, İran, ABŞ, və digər Qərb dövlətləri Ermənistana açıq hərbi yardımlarının hədəfi təbii ki, Ermənistanın Azərbaycanla yeni müharibəsidir. İrana gəldikdə isə, İranın Azərbaycana münasibəti heç vaxt səmimi olmayıb və ola da bilməz.

Qərb - Rusiya qarşıdurmasının Ukrayna cəbhəsində dərinləşir. Bəzi kəşfiyyat məlumatlarına görə həm Rusiya və həm də Ukrayna yeni hücum planları hazırlayır. Kollektiv Qərb artıq Ukraynaya verdiyi ciddi və hücum silahlarından istifadəyə icazə verib. Donald Trampın ABŞ-ın yenidən prezident seçilməsi Co Bayden iqtidarını qısa müddətdə Ukraynada vəziyyəti elə həddə çatdırmamağa məcbur edib ki, geriyə dönüş, tərəflər arasında danışıqlar mümkün olmasın. Maraqlısı da odur ki, Rusiya əvvəllər Qərbin Ukraynaya dəstək və ciddi silahlar verəcəyi halda nüvə silahından istifadə edə biləcək ehtimalını tez-tez dilə gətirirdi. Ancaq, Rusiya baş verənlərin əksinə olaraq son vaxtlar nüvə ritorikasından uzaqlaşıb.

O ki, qaldı İsrailin Yaxın Şərq müharibəsinə əlbəttə ki, bu müharibə də geniş mənada Kollektiv Qərbin planlarına uyğun aparır. Qərbin planları İsrail dövlətinin milli maraqları üçün əlverişli imkanlar yaratdığı üçün proses vəhdət formasındadır. Son günlər İsraildən atəşkəsin və razılaşmanın mümkünlüyü barədə anonsun verilməsi təbii ki, uğurlu hərbi nəticəyə söykənir, həm də dünya ictimaiyyətinin mövqeyi və Beynəlxalq Məhkəmə qərarları Netanyahu hakimiyyətini loyal davranmağa məcbur edir. Hər bir halda hələki, bütünlüklə İsrail - Ərəb müharinin bitməsi ehtimalı yoxdur”.

Cavid