Milli Məclisdə büdcə müzakirələri davam etdirilib
27 Noyabr 23:45
27 Noyabr 23:45
27 Noyabr 23:32
27 Noyabr 23:30
“Türkiyə Aralıq dənizindən İran sərhədinə qədər uzanan təhlükəsizlik kəməri ilə ölkənin cənub sərhədlərinin terror təşkilatlarının təhlükəsindən təmizlənməsi layihəsini mərhələ-mərhələ yekunlaşdıracaq”.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki toplantısında çıxışı zamanı bildirib.
O qeyd edib ki, gələn il içində bu istiqamətdə həm diplomatik, həm də hərbi sahədə yeni addımlar atılacaq.
Ərdoğan, həmçinin, rəsmi Ankaranın Qəzzada atəşkəs təşəbbüslərini dəstəklədiyini, İsraillə Livan arasında atəşkəs razılığından məmnun olduğunu da ifadə edib.