
Azərbaycan və Çin arasında 13 sənəd imzalandı
17 Aprel 19:29
17 Aprel 19:29
17 Aprel 17:14
17 Aprel 10:17
Türkiyənim Elazığ vilayətində 4 gündür xəbər alınmayan 55 yaşlı Əhməd Köçər tək yaşadığı evində ölü tapılıb.
Xalqcəbhəsi.az Türkiyənin “haberglobal.com.tr” saytına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ulukənd rayonu şəhid Mehmet Ocakoğlu küçəsində yerləşən evdə baş verib.
4 gündür Ə.Köçərdən xəbər ala bilməyən yaxınları onun tək yaşadığı evə gediblər. Qapını uzun müddət açan olmadığını gördüklərində qapını sındıraraq içəri daxil olublar və Ə.Köçəri yerdə hərəkətsiz görüblər.
Hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Meyidə baxış zamanı onun öldüyü təyin olunub. Ə.Köçerin cənazəsi yarılma üçün Fırat Universitetinin morquna aparılıb.