KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
28 Noyabr 17:49
28 Noyabr 17:49
28 Noyabr 14:32
28 Noyabr 11:59
28 Noyabr 10:45
Tiflis və Gürcüstanın bir sıra digər şəhərlərində Avropa Birliyi ilə üzvlük danışıqlarının dayandırılmasının elan edilməsindən sonra aksiyalar başlayıb.
Xalqcebhesi.az yerli mediaya istinadən xəbər verir ki, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının mərkəzi ofisinin, parlament binası qarşısında yüzlərlə insan toplaşıb.
Aksiyanın keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Paytaxtla yanaşı, Kutaisi və Batumidə də etiraz aksiyaları keçirilir.
Qeyd edək ki, İ.Kobaxidze 2028-ci ilin sonuna qədər Avropa Birliyinə üzvlük məsələsinin gündəmə gətirilməyəcəyini və ittifaqın qrantlarından imtina edildiyini elan edib.