Bir gecədə Ukraynanın 47 PUA-sı məhv edilib Dünya

Bir gecədə Ukraynanın 47 PUA-sı məhv edilib

Hava Hücumundan Müdafiə sistemləri bir gecədə Rusiya bölgələri üzərində Ukraynanın 47 pilotsuz təyyarəsini məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 29 PUA Rostov vilayəti ərazisində, 8-i Krasnodar diyarı ərazisində, 3-ü Belqorod, Bryansk və Voronej vilayətlərinin əraziləri üzərində və 1-i Krım ərazisi üzərində məhv edilib.

Cavid