Suriyada müxalifət qüvvələri Hələb şəhərinin mərkəzinə girməyə başlayıb Dünya

Suriyada müxalifət qüvvələri Hələb şəhərinin mərkəzinə girməyə başlayıb

Suriyada Əsəd rejimi qüvvələri ilə toqquşmaların intensivləşməsi fonunda müxalifət qüvvələri irəliləməyə davam edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Suriya mənbələri məlumat yayıb.

Bir neçə gündür ki, Suriyanın Hələb və İdlib vilayətlərində Bəşər Əsəd rejimi qüvvələri ilə müxalif Hayet Təhrir əl-Şam (HTŞ) qruplaşması arasında qarşıdurmalar davam edir. HTŞ 34 kəndə nəzarəti ələ keçirdiyini bildirib.

HTŞ-nin yeni ələ keçirdiyi bölgələrdə rejim qüvvələrinə məxsus ağır silahlar və hərbi maşınların ələ keçirildiyi bildirilir.

HTŞ həmçinin onlarla rejim əsgərini nəzarətə götürdüyünü, Əsəd qüvvələrinin xeyli itki verdiyini açıqlayıb.